Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu

Türkiyədə intihara cəhd hadisəsi faciə ilə nəticələnib. İş orasındadır ki, intihar alınmayıb.

Amma bunun qarşısını almaq cəhdi ölümlə bitib.

Bizimyol.info xəbər verir ki, İstanbulun Arnavutköy rayonunda həyat yoldaşı ilə mübahisə edən Turqut Çelik özünü öldürmək qərarına gəlib. Tüfəngi əlinə götürəndə ona Nevin Çelik mane olmağa çalışıb. Əksinə, qadın silahdan yapışanda onun ehtiyatsızlığından güllə açılıb. Turqut Çelik dərhal həyatını itirib.

Hadisədə qadın da xəsarət alıb. Yaralanan Nevin Çelik xəstəxanaya çatdırılıb.

Polis araşdırma aparır. Qonşuların dediyinə görə, evdə maddi sıxıntılar olub. Mübahisə də buna görə yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »