Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”

Müharibə zamanı Şuşanı 4500, Daşaltı kəndini 650 erməni tərk edib.

Bunun Ermənistan mətbuatına işğal dövründə şəhər administrasiyasının rəhbər müavini olmuş Samvel Arutyunyan deyib.

Bizimyol.info xəbər verir ki, erməni məmur Şuşadan gedənlərə diqqət göstərilməməsindən şikayətlənir. Onun sözlərinə görə, əsasən paytaxt İrəvana üz tutan çox olsa da, ciddi əziyyət çəkirlər. Şuşadan gedənlər işğal dövründə şəhərə rəhbərlik etmiş şəxslərə çox müraciət edir. Amma administrasiyanın nümayəndəsi aciz olduqlarını boynuna alır. Çünki indi konkret administrasiyadan danışmaq mümkün deyil.

“Birinə iki gündən bir yardım çatır, o birinə on gündən bir. Daha çox kommunal xərclər üçün müraciət edirlər. Kirayə pulu istəyənlər də var. Məişət əşyalarına böyük ehtiyac yaranıb. Problemlər xarakterinə görə müxtəlif vaxtlarda həll oluna bilər”.

Son xəbərlər
Bütün xəbərlər »