Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində
Ülvi Mehdiyev

27 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə "Baykar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş keçirilib.

“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində

Görüş zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar cari ilin 4-6 dekabr tarixində keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »