Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Şəhidlər Xiyabanına yürüş - Video
Bakıda Şəhidlər Xiyabanına yürüş - Video

Kəlbəcər rayonunun 27 illik işğaldan azad edilməsi münasibəti ilə Bakıda Şəhidlər Xiyabanına yürüş keçirilib.

Bizimyol.info xəbər verir ki, yürüş iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidləri ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcərə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasiyasının Prezidenti Vıadimir Putinin imzaladığı bəyannaməyə və Ermənistan baş naziri Nikol Paşinyanın qəbul etdiyi kapitulyasiya aktına uyğun olaraq 25 noyabr 2020-ci il tarixdə Müzəffər Ordumuz daxil oldu.

Kəlbəcərdə aqrar sahə və mədən sənayesi inkişaf edib, turizm sənayesi üçün əlverişli şərait var.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »