Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MM deputatı: “Gürcüstanda seçkilər dinc şəraitdə keçirilir”
Seçki

“Gürcüstanda parlament seçkiləri sakit və dinc şəraitdə keçirilir”.

Bu barədə qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

Bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiyini qeyd edən deputat bildirib ki, hər hansı bir cddi insident baş verməyib: “Pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur”.

A.Nağıyev qeyd edib ki, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması mühüm əhəmiyyət kəsb edir.

Qrup rəhbəri Milli Məclis və Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlığın davam etdiriləcəyini söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Parlamentlərarası əlaqələrin gələcəkdə də davam etdirilməsi və gücləndirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, qonşu ölkədə keçirilən parlament seçkilərini Milli Məclisin 3 üzvü müşahidə edir.(report)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »