Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: KTMT onu təhlükəyə salan Ermənistan üçün iclas çağırmayacaq
Ekspert: KTMT onu təhlükəyə salan Ermənistan üçün iclas çağırmayacaq

Cəbhədə uğursuzluqlarını Azərbaycanın dinc ərazilərini bombalamaqla ört – basdır edən mənfur düşmən müharibə cinayətlərini davam etdirir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın dinc əhalisini, müharibədən kənar bölgələri hədəfə almaqla Ermənistanın niyyəti onlara cavab verməyimizi təmin etmək, bununla da münaqişəni genişləndirmək, münaqişəyə üçüncü dövlətləri daxil etməklə onu qlobal müharibə halına gətirməkdir.Buna görə Azərbaycan düşmənin cavabını yalnız hərb meydanında verir.

Bundan əlavə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğu üçün onun ərazisinə atılan raket zərbələri Rusiya daxil olmaqla üzv dövlətlərin Azərbaycana qarşı savaş açması məcburiyyətini yaradır.Bəs əcəba KTMT üzvləri onları bu müharibəyə təhrik edən, təhlükəyə atan Ermənistana nədən qulaqburması vermirlər? KTMT yalnız birtərəfli qaydada üzvlərindən birinə edilən aqressiyaya cavab verməyə mükəlləfdir? Bəs aqressor ona üzv dövlət olsa onda necə?

Elçin Alıoğlu Elçin Alıoğlu

Bizimyol.info-nun sualını siyasi şərhçi, araşdırmaçı jurnalist Elçin Alıoğlu cavablandırır:

“Ermənistanın KTMT –yə istinad etməsi və KTMT-nin Qarabağ savaşına müdaxilə etməsi indi mümkün deyil. Çünki, KTMT-nin nizamnaməsinə görə, təşkilat yalnız 2 halda aşkar müdaxiləyə yol verə bilər. Birincisi, bu o halda mümkündür ki, ona üzv dövlətin ərazi bütövlüyünə real təhlükə olsun, ikinci hal ondan ibarətdir ki, üzv dövlətin ərazisinə başqa dövlət tərəfindən aqressiya və ya silahlı hərbi hücum olsun. İndiki halda bunun heç biri yoxdur. Ermənistan ərazisindən Azərbaycan ərazisinə bir dəfə raket atıldığı sübut olunub, bunun da cavabı olaraq Azərbaycan ordusu qabaqlayıcı tədbir görərək, 2 raket qurğusunu sıradan çıxarıb.Ermənistanın bu halda KTMT-yə bel bağlamsı düzgün deyil. Sualınızın digər hissəsi-Bəs Ermənistan KTMT-yə təhlükə yaradırmı? Bəli yaradır.Lakin bu barədə KTMT özü qərar verməli, fövqəladə toplantı çağraraq onun davranışını müzakirə etməlidir. Bunu bilən Ermənistan öz ərazisindən Azərbaycana atəş açmağı dayandırıb. Məhz buna görə də KTMT iclas çağırmır”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »