Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada koronavirus peyvəndi çatışmazlığı
Avropada koronavirus peyvəndi çatışmazlığı

Avropa İttifaqı (Aİ) ölkələrində 2022-ci ilə qədər koronavirusa qarşı kifayət qədər peyvənd olmaya bilər.

Bu barədə “Reuters” məlumat yayıb.

“Avropa əhalisi üçün kifayət qədər miqdarda peyvənd dozası 2021-ci ilin sonuna qədər gözlənilmir”, - deyə Avropa Komissiyasının (AK) nümayəndəsi Aİ dövlət diplomatları ilə qapalı görüşü zamanı bildirib.

Ümumilikdə, AK bir milyarddan çox dozada peyvənd almağı planlaşdırır.

“Astra Zeneca” ilə 400 milyon dozaya peyvənd alınacağı ilə bağlı ən böyük müqavilənin artıq 27 avqustda qüvvəyə mindiyi və AK-nin bunun üçün 336 milyon avro ödədiyi məlumdur.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »