Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın məhv edilməsinin görüntüləri - Video
Qondarma rejim “müdafiə naziri

Bu gün Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Calal Arutyunyanın “döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə “sıraya qayıdacaq”.

Virtualaz.org hərbi cani Calal Arutyunyanın doğrudan da “sıraya qayıtdığını” təsdiq edən sensasion videokadrlar əldə edib və belə məlum olur ki, bu qondarma “komandan” əslində indiyədək ordumuzun Qarabağda məhv etdiyi digər hərbi canilərin sırasına “qayıdıb”.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti “Qisas” əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.

Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »