Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın təxribatları danışıqları mənasız edir - Deputat
İrəvan, Ermənistan

Artıq üçüncü humanitar atəşkəs elan olundu. Birinci atəşkəs Rusiyanın təşəbbüsü ilə oktyabrın 10-da, 2-ci atəşkəs Fransanın təşəbbüsü ilə oktyabrın 17-də, 3-cü atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə oktyabrın 26-da qüvvəyə mindi. Lakin hər üç razılaşmadan bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozdu.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Cavid Osmanov - Deputat Cavid Osmanov

Deputat qeyd edib ki, bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın “bu münaqişənin diplomatiya ilə həll yolu yoxdur” deməsi və eyni zamanda himayədarlarının Ermənistanı durmadan silahlandırmağa davam etməsi göstərirdi ki, Yerevan humanitar atəşkəsə əməl etməyəcək:

“Çünki onlar öz məkirli niyyətlərini, terror hücumlarını davam etməyə çalışırlar. Artıq üçüncü dəfədir ki, atəşkəsə əməl etmirlər. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə humanitar atəşkəs elan olunsa da və bu, Ermənistan tərəfindən pozulsa da, həmsədr ölkələr Yerevana heç bir təzyiq göstərmir.

Tam əksinə olaraq bu və digər ölkələrdən qaçaqmalçılıq yolu ilə Ermənistana silah daşınır. Ona görə də Ermənistan humanitar atəşkəsə heç zaman əməl etməyəcək. Sadəcə bunlar humanitar atəşkəs razılığı əldə etməklə vaxt qazanmağa çalışırlar ki, qüvvələrini toplasınlar, yeni silahlar gətirib yenidən hücuma keçsinlər. Ermənistanın bu təxribatları danışıqları tamamilə mənasız edir. Ancaq şanlı Azərbaycan Ordusu bütün bunların qarşısını layiqincə alır”.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
29 noyabr, 2020 [13:49]
Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
29 noyabr, 2020 [13:16]
Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
29 noyabr, 2020 [12:40]
Ağdam rayonunun Şahbulaq kəndindən görüntülər - Video
29 noyabr, 2020 [12:32]
Noyabrın 30-na olan hava proqnozu
29 noyabr, 2020 [12:22]
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
29 noyabr, 2020 [12:01]
Rusiyada son sutkada daha 26 683 nəfər koronavirusa yoluxub, 459 nəfər ölüb
29 noyabr, 2020 [11:49]
Ermənistanda koronavirusdan ölənlərin sayı 2142-yə çatıb
29 noyabr, 2020 [11:32]
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto
29 noyabr, 2020 [11:14]
Gürcüstanda son sutka ərzində koronavirusa 4426 nəfər yoluxub
29 noyabr, 2020 [10:48]
Koronavirusa yoluxan rusiyalı akademik Vladimir Fortov vəfat edib
29 noyabr, 2020 [10:47]
Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib
29 noyabr, 2020 [10:14]
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntüləri - Video
Bütün xəbərlər »