Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Guardiandan Ərdoğan özünü sünnilərin lideri kimi önə çıxardı
Guardiandan Ərdoğan özünü sünnilərin lideri kimi önə çıxardı

Bu günlərdə Türkiyə və Fransa prezidentləri arasındakı kəskin gərginlik dünya mətbuatının gündəmindədir. İgiltərənin Guardian qəzeti bildirib ki, bu iki liderin söz atışması onların hər ikisinin işinə yarayır.

Bizimyol.info-nun xəbərinə görə, Türkiyə Prezidenti cənab Ərdoğan Makronun İslam aləminə qarşı sərt açıqlamarına cavab olaraq onun psixoloji problemləri olduğunu söyləmişdi.

"İnans azadlığından, din azadlığından xəbəri olmayan bir dövlət başçısı haqqında başqa nə demək olar?".

Bu açıqlamadan sonra nüfuzlu Guardian qəzetinin yazarı Patrik Vintour tərəflərin bir birini qarşılıqlı ittiham etməsinin hər ikisinə faydalı olduğunu iddia edib.

"Hər iki prezidentin bu söz duelini sürdürmək üçün ölkədaxili səbəbləri var. Makron sağ müxalifətçilər qədər İslamçılara meydan oxuya bildiyini göstərmək istədi. Ərdoğan isə ölkəsinin ictimaiyyətin İslamı müdafiə edə biləcəyini göstərmiş oldu. O həm də özünü İslam dünyasında sünni cərəyanının lideri kimi önə çıxartdı",- deyə nəşr yazır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »