Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN ölkəsinin Gəncədə həlak olan vətəndaşı ilə bağlı məlumat yayıb
Rusiya XİN ölkəsinin Gəncədə həlak olan vətəndaşı ilə bağlı məlumat yayıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın atdığı raket zərbəsi nəticəsində 13 yaşlı yeniyetmənin yaralanaraq xəstəxanada vəfat etməsi ilə bağlı “Facebook”dakı rəsmi hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Rusiya səfirliyi məlumatlandırılıb.

Qeyd olunub ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardımı göstərir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »