Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib
Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenə Rusiyada müddətsiz yaşamaq icazəsi verilib.

Bu barədə “RİA Novosti” E. Snoudenin vəkili Anatoli Kuçerena istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasının qanunvericiliyi E. Snoudenə ölkədə müddətsiz yaşamaq icazəsinin verilməsini mümkün edir.

Vəkil qeyd edib ki, müddətsiz yaşamaq icazəsinin verilməsi proseduru yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən uzansa da, indi müsbət cavab alınıb.

A. Kuçerena vurğulayıb ki, E. Snoudenin səhhəti qaydasındadır.

Xatırladaq ki, E. Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid məxfi sənədləri mətbuata sızdırıb. O, 2013-cü ildə ABŞ-dan qaçaraq Rusiyada müvəqqəti sığınacaq alıb.(apa)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »