Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərliyə getmək üçün 61 kilo arıqladı - Foto
Əsgərliyə getmək üçün 61 kilo arıqladı - Foto

Türkiyənin Kayseri şəhərində çox kök olduğuna görə hərbi xidmətə aparılmayan şəxs arıqlamaq qərarına gəlib.

O, 3 ay ərzində 61 kiloqram atmağı bacarıb.

Embiya Kurtulu Embiya Kurtulu

Bizimyol.info xəbər verir ki, Kayserinin Talas ilçəsinin Kəpəz məhəlləsində yaşayan Embiya Kurtulu 166 kiloqram çəkiyə görə əsgərliyə aparmayıblar. 21 yaşlı məhəllə sakini bundan çox sarsılıb. Ona deyiblər ki, azı 50 kiloqram arıqlamalıdır. Embiya qarşısına məqsəd qoyub, beləcə, 105 kiloqrama düşməyi bacarıb. Bundan sonra Talas hərbi komissarlığı onu xidmətə aparmağa razı olub.

“Vətən eşqi üçün kilo verdim. Əsgərlik gedilməsui gərək olan yerdir. Qaçanlar çoxdur, amma mən yayına bilməzdim”, - Embiya belə deyib.

Kurtulun sözlərinə görə, arıqlamaq üçün ona məsləhət verən çox olub. Dərman istifadə etməyi, əməliyyata girməyi tövsiyə edənlər tapılıb. Embiya idmanla arıqlamağı seçib. O, indi çəkisini 100 kiloqrama salmaq haqda düşünür.

Son xəbərlər
Bütün xəbərlər »