“Avropa İttifaqının bəzi ölkələrində yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət hazırda bu ilin mart ayında xəstəliyin yayılmasının pik dövrü ilə müqayisədə daha pisdir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında səhiyyə üzrə avrokomissar Stella Kiriakidis deyib.
O, bu durumun böyük narahatlıq doğurduğunu vurğulayıb.