Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktay Gülalıyevin ailəsi istintaqın gedişinə etiraz edir

Türkiyədə müalicə alan hüquq müdafəçisi Oktay Gülalıyevin Azərbaycana qaytarılması üçün müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə hüquq müdafəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

O, qeyd edib ki, O.Gülalıyevin Azərbaycana qaytarılması üçün həm yazılı, həm də şifahi olaraq müraciət edilib: “Bu bir etirazdır. Çünki, atamın 11 aydır koma vəziyyətində olmasına baxmayaraq heç bir istintaq işləri aparılmır. Məhkəmənin başladılmaması üçün suni gecikdirmələr, bəhanələr gətirirlər. Gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oktay Gülalıyevin Azərbaycanda olmasının gərəkdiyini bildirdilər.

Bütün bəhanələrin sonuna varmaq və atamın bu durumda olmasına səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırıq. Əgər Bakıda da suni əngəl yaradılarsa, həqiqəti gizlətməyə cəhd edərlərsə hüquqi formada, sərt şəkildə etirazımız davam edəcək. Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq”.

Hüquq müdafiəçisi Oktay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »