Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Astarada naməlum şəxslər evə basqın edib, yaralılar var

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »