Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
36 il əvvəl boşandığı həyat yoldaşının borclarını ödəməyə məcbur qaldı

Türkiyənin Diyarbəkir şəhərində keçmiş polis cəncəl məsələ ilə üzləşib. 72 yaşlı təqaüdçü 36 il əvvəl boşandığı həyat yoldaşının borclarını ödəmək məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, Ömər Faik Kebapçıoğlu 1984-cü ildə ayrıldığı Məryəm Sarının borclarının qurbanına çevrilib. Onlar boşanandan sonra hər ikisi ailə həyatı qurub. 2006-cı ildə qadın vəfat edib. Ömər Faik Kebapçıoğlu bir müddət əvvəl xəbər tutub ki, Məryəm Sarının 200 min lirə (təxminən 29 min dollar) borcu var və bunu ödəməlidir.

Ömər Faik Kebapçıoğlu Ömər Faik Kebapçıoğlu

Keçmiş polisin müraciət etmədiyi yer qalmayıb. Sənədlərdə Kebapçıoğlu varis kimi göstərilib. Təqaüdçü bunun dələduzluq olduğunu bildirir.

“36 il ərzində nə Məryəmin, nə də ondan olan övladımın üzünü görmüşəm. Konyaya getsəm də, uşağı mənə göstərməmişdilər. Heç vaxt kredit üçün banka müraciət etməmişəm. İndi isə deyirlər ki, sən ödəməsən, gələcəkdə pul uşaqlarından alınacaq. Dövlətin hər şeyi yoluna qoyacağına inanıram”.

Son xəbərlər
Bütün xəbərlər »