Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
SOCAR və “Rosneft” rəhbərlərinin görüşü olub - Fotolar
SOCAR və “Rosneft” rəhbərlərinin görüşü olub

Sentyabrın 11-də SOCAR prezidenti Rövnəq Abdullayevin Moskvaya rəsmi səfəri olub.

“Report” xəbər verir ki, SOCAR prezidenti səfərin gedişatında “Rosneft”in baş icraçı direktoru İqor İvanoviç Seçinlə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüşdə səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqor Seçinə "Dostluq" ordenini təqdim edib.

Bundan başqa, İ.Seçin SOCAR tərəfindən "Azərbaycanın əməkdar neftçisi" fəxri adına layiq görülüb.

Neft şirkətlərinin başçıları görüşdə SOCAR və “Rosneft” arasında qarşılıqlı əlaqənin perspektivlərini müzakirə ediblər.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »