Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çin “TikTok”un ABŞ bölməsinin satılmasına razı deyil
TikTok

Çin hökuməti “ByteDance” şirkətinə məxsus “TikTok” qısa videolar servisinin ABŞ ərazisindəki bölməsinin satılmasındansa bu servisə həmin ölkədə qadağa qoyulmasına belə razıdır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, mənbələrin dediyinə görə Çin tərəfi həmin servisin satılacağı təqdirdə ABŞ qarşısında həssas vəziyyətə düşəcəyindən çəkinir.

“ByteDance” şirkətindən bildiriblər ki, nə ABŞ-da, nə hər hansı başqa ölkədə “TikTok” servisini bağlamağa dair hökumətdən hər hansı müraciət olmayıb.

Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp sentyabrın 15-dək “TikTok” servisinin hər hansı yerli şirkət tərəfindən satın almayacağı təqdirdə ölkə ərazisində dayandırılacağını açıqlamışdı. Bundan əvvəl isə Ağ Ev rəhbəri “TikTok”, “WeChat” kimi sosial şəbəkələrin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını, ölkə vətəndaşlarına dair məlumat toplamaq alətinə çevrilə biləcəyini bildirrmişdi.

İndiyədək “TikTok”a “Oracle” və “Microsoft” ilə “Walmart”ın birgə müştəri düşdüyü bildirilsə də, “Bloomberg” xəbər verib ki, Çin hökuməti həmin servisin satışını ən azı ABŞ-da 3 noyabr prezident seçkilərinədək uzatmaq istəyir.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »