Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 yaşlı uşaq sükan arxasına keçib, nənəsinin həyatını xilas etdi - Foto

İndianapolis (ABŞ) şəhərinin 11 yaşlı sakini Pi Cey Burey nənəsi ilə parka gəzməyə çıxıb. Nənənin halı qəfil pisləşib və o huşunu itirərək yıxılıb. Bu zaman onlar öz evlərindən 2-3 kilometr aralıda olublar.

Bizimyol.info The Daily Mail-ə istinadən xəbər verir ki, Pi Cey özünü itirməyib, tez nənəsinin avtomobilini yaxına gətirərək, qadını maşına oturdub və özü avtomobili sürərək nənəsini evə gətirib. Şəhər küçələrində avtomobili qaydalara uyğun və əminliklə idarə edən oğlan heç bir qəza törətmədən nənəsini evə çatdırıb.

Pi Cey Burey - 11 yaşlı uşaq sükan arxasına keçib, nənəsinin həyatını xilas etdi

Nənə Encelanın dediyinə görə nəvəsi avtomobil idarə etməyi ondan öyrənib. O avtomobili həyətdə sürsə də, maşınlarla dolu küçəyə ilk dəfə tək çıxıb. Sosoial şəbəkələrdə nəvəsini tərifləyən nənə onun soyuqqanlı və operativ qərar vermək qabiliyyəinin olmasından məmnunluğunu dilə gətirib.

Son xəbərlər
Bütün xəbərlər »