Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tolstoyun “Anna Karenina”sı hansı məşhurun qızı olub... - Foto

“Anna Karenina”nı bütün dövrlərin ən yaxşı əsərlərindən biri adlandırmaq olar.

Lev Tolstoyun kimi prototip seçməsini biləndə təəccüblənəcəksiniz.

Anna Karenina Anna Karenina

Bizimyol.info xəbər verir ki, məşhur rus yazıçı “Anna Karenina”nı başqa bir məşhurun qızına ithaf edib. Tolstoy Aleksandr Puşkinin qızı Mariyanı prototip seçib.

Mariya Puşkin Mariya Puşkin

Mariya atasını çox xatırlamırdı. Çünki Aleksandr Sergeyeviç böyük qızının 5 yaşı olanda vəfat etmişdi. Uşağa Puşkinin ulu nənəsinin – Mariya Alekseyevna Qannibalın adı qoyulmuşdu.

Şairin böyük qızı 1932-ci il mayın 19-da Sankt-Peterburqda doğulmuşdu. Puşkin öz xarici görünüşü barədə bədbin fikirdə idi, buna görə də uşağın həyat yoldaşı Natalya Qonçarovaya bənzəməsinə sevinirdi. Aleksandr Sergeyeviçin daha üç övladı dünyaya gəlmişdi: Qrişa, Nataşa, Saşa. Puşkin 1936-cı ildə Naşokinə məktubunda yazırdı: “Ailəm böyüyür, düz yanımda səs salırlar. İndi sanki qocalıqdan da qorxmaq lazım deyil”.

Mariya yaxşı ev təhsili almışdı. O, hələ 9 yaşı olanda fransızca və almanca sərbəst oxuya bilirdi. Maşa hətta yaxşı at da sürürdü.

Puşkinin qızı sonralar Peterburqda pedaqoq təhsili alacaqdı. Anasına çox bağlı olan bu qız Natalya Qonçarovanın gözəlliyindən nəsibini almışdı. Dərrakəsi, yumor hissi, həyat eşqi də hamını heyran qoyurdu.

Mariya Lev Tolstoyla 1968-ci ildə tanış olub. Qız yazıçının dərhal diqqətini çəkmişdi. Tatyana Kuzminskaya yazırdı ki, Mariyanın məhz xarici görünüşü Tolstoyun nəzərini cəlb etmişdi. Puşkinin qızı Kareninanı təsvir etməyə kömək olmuşdu.

Tolstoy qəhrəmanını belə təsvir edirdi: “Başında, qara saçlarının arasında hörümçək çələngləri vardı. Saç düzümü nəzərə çarpmırdı. Yalnız boynunun arxasından boylanan qısa qıvrım saçları gözə dəyirdi. Boynunda mirvari düzülən sap xoş görünürdü”. Bu təsvir Mariya Puşkinanın İvan Makarovun 1860-cı ildə çəkdiyi portretinə çox uyğun gəlir. Boynunda nənəsindən yadigar qalan mirvari...

Mariya Puşkina Anna Karenina kimi özünü qatarın altına atmamışdı. Əksinə, 86 yaşına qədər ömür sürmüşdü, hətta Tolstoyun da həyatla vidalaşmasını görmüşdü. Şayiələr vardı ki, yazıçının Puşkinin qızından xoşu gəlirmiş, Mariyadan lazımi diqqət görməyincə Anna Kareninaya bədbəxt tale yazıb. Hərçənd, özünü qatarın altına atmaq ideyası Tolstoya 1872-ci ildə yaşadığı Yasnaya Polyanada baş verən bir hadisədən gəlib. Anna Piroqova ad-soyadlı bir qadın sevgiyə görə özünü qatarın altına atmışdı...

Romana başlamağa Tolstoya Puşkinin başa çatmayan bir povestindəki ifadə kömək etmişdi: “Qonaqlar bağ evinə baş çəkmişdilər...” Yazıçı belə bir cümlə ilə başlamışdı: “Hadisə Oblonskilərin evində vaqe olmuşdu”. Yazıçı romanı 1877-ci ildə başa vurmuşdu...

Mariya o dövrlər üçün çox gec – 28 yaşında ərə getmişdi. Həyat yoldaşı imperatorun Tula və Moskvadakı at zavodunu idarə edən Leonid Qartunq idi. 17 il birlikdə yaşadılar. Onu oğurluqda ittiham edəndə məhkəmə zalındaca özünü güllələmişdi. Mariya yazırdı ki, Leonidin düşmənlərini heç vaxt bağışlamayacaq.

Ərinin ölümündən sonra Mariya tamam pulsuz qalmışdı. Uzun illər səfalət içində yaşamalı olmuşdu. Puşkinin böyük övladı 1919-cu il martın 7-də Moskvada acından ölmüşdü...

Son xəbərlər
Bütün xəbərlər »