Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank VTB (Azərbaycan) yeni başlayan sahibkarlara dəstək oldu

Bank VTB (Azərbaycan) tekstil məhsullarının istehsalı üçün avadanlıq alaraq üç kiçik biznes müəssisəsinin qurulmasına dəstək olub. Yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində edilib.

Qeyd edək ki, bank tərəfindən qadınlara dəstək göstərilib ki, bu da onlara öz potensiallarını reallaşdırmağa və işlərini qurmağa imkan yaradıb. Fəaliyyətə yeni başlayan sahibkarlar Fəxrəndə Orucova, Arzu Ağalarova və Nurtan İsmayılova artıq işlərinə start verib. Bununla da bank ölkədə qadın sahibkarlığının inkişafına dəstək olub.

“VTB (Azərbaycan) sosial layihələrin reallaşdırılmasına xüsusi önəm verir. Biz bu proqramda iştirak etməklə, insanlara öz uğurlarına inanmağa və işlərini başlamağa imkan veririk. Bank kiçik sahibkarlığa dəstək və əhalinin özünüməşğulluğu istiqamətində işlərini davam etdirəcək”, - deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.

Paylaş »
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
››› Azərbaycanlı prodüser iş yerində ölüb
Son xəbərlər
Bütün xəbərlər »