Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa təkrar yoluxma: mümkündür, amma hələ qəti qənaət yoxdur…

Dünya səhiyyəsi və əczaçılıq sənayesi koronavirusa qarşı effektli peyvənd tapmaq üzərində baş sındırdığı bir vaxtda virusla bağlı digər mühüm məsələ-yoluxmuş və sağalmış insanların yenidən yoluxma riskinin nə dərəcədə olması ətrafında da tədqiqatlar aparılmaqdadır. Çünki bu suala cavab tapmaq peyvənd əldə etmək qədər vacibdir-əgər virusa ikinci dəfə, özü də sağalandan nisbətən qısa müddət sonra yoluxma mümkündürsə o zaman peyvəndin əhəmiyyəti də kəskin azalmış olardı.

Virtualaz.org xəbər verir ki, alimlər belə görünür, koronavirusa ikinci dəfə yoluxmağın mümkünlüyü qənaətinə gəliblər, amma belə halların sayı cüzi olduğu üçün hələlik yekun rəylə çıxış etmək çox tezdir.

Honq Konq tədqiqatçıları bu yaxınlarda koronavirusa yoluxan bir şəxsin bir neçə ay sonra ikinci dəfə yoluxduğuna dair dəlillər olduğunu bildirib. Bu barədə məlumat hələ dərc olunmayıb. Lakin elm adamları 33 yaşlı bir şəxsdə ilk dəfə yüngül simptomlar olduğunu, ikinci dəfə isə heç bir simptom olmadığını deyiblər. Alimlərin dediyinə görə, həmin şəxsin immun sistemi yenidən yoluxmanın qarşısını ala bilməsə də, sistemin ciddi xəstəliklərə qarşı qoruma gücü var. O, son dəfə testdən bu yaxınlarda Honq Konq aeroportunda keçib və tədqiqatçılar genetik testlərin onda virusun müxtəlif növlərinin aşkarladığını bildirib.

Koronavirus

Birləşmiş Ştatlar vətəndşı da daxil olmaqla, bir neçə başqa adamda isə ikinci dəfə yoluxmanın birincidən daha ağır olduğu bildirilib. İnsanlar yenidən yoluxa bilsələr belə, Ümumdünya Səhiyyə Təşkilatı bunun çox vaxt nizamlı olmayacağını deyib.

Səhiyyə üzrə mütəxəssislər COVID-19-a yoluxan insanlarda təkrar yoluxmaya qarşı az da olsa immunitet olduğuna inanır. Lakin onlar qorunmanın nə dər olduğu və xəstəliyin nə qədər sürə biləcəyinə dair heç məlumata malik deyillər. Bunu bilmək vacibdir, çünki immun sistemi zifləyərsə bu, peyvənd üçün də problem yarada bilər. Bəzi mütəxəssislər ikinci peyvəndə ehtiyac ola biləcəyini deyir.

“The New England Journal of Medicine” jurnalında dərc edilmiş araşdırmada isə deyilir ki, COVİD-19 virusunun antitelləri orqanizmdə azı 4 ay qalır. Araşdırmaçılar 30 mindən çox qan nümunəsi götürüblər. Bu nümunələr üç qrup insanlara aid olub: virusa yoluxduğu təsdiqlənənlər, virusun təsirinə məruz qalan, ancaq yoluxduğu təsdiqlənməyənlər, virusun təsirinə məruz qalmayanlar.

Məlum olub ki, yoluxanların qanında diaqnozun qoyulmasından sonrakı ilk iki ayda antitellər artıb və sonrakı iki ayda da stabil qalıb. Bundan əlavə antitellər virusu simptomsuz keçirənlərin əksəriyyətində də aşkarlanıb. Ancaq alimlər müəyyən ediblər ki, xəstələnənlərin heç də hamısında antillerlər yaranmayıb. Bu, onların immunitetinin nisbətən zəif olması ilə bağlıdır. Araşdırmaçılar habelə üzə çıxarıblar ki, yaşlı pasiyentlərdə və xəstəliyi ağır keçirənlərdə antillerin səviyyəsi daha yuxarıdır. Bununla belə, qadınlarda kişilərə nisbətən daha az antitel yarandığı üzə çıxıb. Siqaret çəkənlərdə də antitelin səviyyəsi aşağı olub. Alimlər belə qənaətə gəliblər ki, antillerllər azı 4 ay saxlanılır.

Son xəbərlər
Bütün xəbərlər »