Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Samsung” ən bahalı smartfonunu satışa çıxarır - Foto

“Samsung” ən bahalı modelinin qiymətinin açıqlayıb.

“Galaxy Z Fold 2 Thom Browne Edition” 3299 dollardan satışa çıxarılır.

Galaxy Z Fold 2 Thom Browne Edition Galaxy Z Fold 2 Thom Browne Edition

Bizimyol.info xəbər verir ki, cihaz “Galaxy Z Fold 2” smartfonunun eksklüziv versiyası sayılır. Mobil telefon məşhur modelyer Tom Braunla əməkdaşlıq çərçivəsində istehsal olunub. Smartfonun korpusu gümüşü rəngdədir, qırmızı-ağ-göy zolaq keçir. Tom Braun “Galaxy Z Flip”in hazırlanmasında da iştirak etmişdi.

“Samsung” yeni modeldən yalnız 5000 ədəd istehsal edib. Telefonun 256 giqabayt yaddaşı, 12 meqapikselli 3 kamerası var. Diaqonalının ölçüsü 7.6 düymdür. “Snapdragon 865+” çipi də üstünlüklərdən sayılır. Smartfon sentyabrın 25-dən satışda olacaq.

Cənubi Koreya şirkəti sentyabrın 1-də “Galaxy Z Fold 2” modelinin xarakteristikasını açıqlamışdı. Smartfon qonşu Rusiyada təxminən 2500 dollara (180 min rubl) təklif olunur.

Son xəbərlər
Bütün xəbərlər »