Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin klubu italiyalı baş məşqçini qovdu

Çinin "Şençjen" futbol komandası baş məşqçisi Roberto Donadoni ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Komanda ötən mövsümü 30 turdan sonra 21 xalla 15-ci sırada tamamlayıb. "Tyantszin Tyanxay" müflis olduğunu və çempionatdan kənarlaşdığını açıqlayıb. Bu səbəbdən "Şençjen" əsas liqada qala bilib.

Qeyd edək ki, Roberto Donado 2019-ci ilin iyulunda "Şençjen"in baş məşqçisi təyin olunmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »