Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin ölkə əhalisinin 60 faizinin peyvənd olunmasını tapşırdı

Rusiya prezidenti Vladimir Putin əhalinin 60 faizinin qrip peyvəndi edilməsinə göstəriş verib. O, həmçinin risk qruplarına daxil olan insanların 75 faizinin qrip vaksini almasına diqqət edilməsini tapşırıb.

Dövlət başçısı qrip vaksininin təcili vurulması üçün növbəsiz dispanserizasiya təşkil edilməsini və vaksinin pulsuz vurulmasını tələb edib.Eyni zamanda, ökə başçısının göstərişi ilə istənilən şəxslər onlayn görüşə yazıla, növbəyə dura bilərlər, lazım gələrsə peyvəndin yerlərdə vətəndaşlara çatdırılması təmin olunmalıdır.

Qamalei adına Elmi Tədqiqat İnstitutunda hazırlanmış yerli qrip vaksininin öncə tibb işçiləri və müəllimlərə vurulması nəzərdə tutulsa da, oktyabr ayında bütün ölkə əhalisi peyvəndlənmiş olacaq.Rusiyanın “Vektor” Tibb Mərkəzinin hazırladığı koronavirus peyvəndinin istehsalına isə bu ilin noyabr ayında başlanılacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »