Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko aksiyaçıların hakimiyyət orqanlarını ələ keçirməyə cəhd etdiklərini bildirib

Seçki məntəqələrinin bağlanmasından sonra etiraz aksiyasının iştirakçıları Qrodno vilayətinin iki yaşayış məntəqəsində hakimiyyət orqanlarını ələ keçirməyə cəhd edib.

APA-nın “Belta”ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları polisi təxribata çəkiblər.

Belarus Prezidenti deyib ki, Qrodno vilayətində Daxili İşlər Nazirliyinin polis şöbələrini və Hava nəqliyyatına nəzarət xidmətini ələ keçirməyə cəhd göstəriblər.

A.Lukaşenko Minskdə baş verən etiraz aksiyaları ilə bağlı vəziyyəti fəlakətli adlandırmasa da, insanlar üçün vəziyyətin kifayət qədər təhlükəli olduğunu vurğulayıb.

O, aksiyaçıların Minskdə yerləşən Müstəqillik sarayını da tutmağa cəhd etdiklərini qeyd edib.

Belarus Prezidenti kütləvi iğtişaşlarının qarşısının alınmasında göstərdikləri xidmətlərə görə OMON-çulara təşəkkür edib.

A.Lukaşenko toqquşmalarda OMON-un 25 nəfər əməkdaşının xəsarət aldığını da bildirib.

Son xəbərlər
Bütün xəbərlər »