Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda avtobus qəzasında 5 nəfər ölüb, 10-u ağır olmaqla, 25 nəfər yaralanıb

İstanbulda bu gün səhər saatlarında baş verən avtobus qəzasında 5 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Qeyd olunub ki, qəzada 25 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.

Karabükdən İstanbula gələn avtobusun sürücünün yuxulaması səbəbindən qəzaya uğradığı ehtimal olunur. Avtobus yoldan çıxaraq korpünün dayaqlarına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »