Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berdıməhəmmədov yenə kitab yazıb

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun məşğul olmadığı sahə qalmayıb.

Mahnı bəstələyir, oxuyur, ralli maşınlarında asfaltda şütüyür. Sanki Berdıməhəmmədovun daha çox kitab yazmaq xoşuna gəlir.

Bizimyol.info xəbər verir ki, Türkmənistan prezidenti avqustun 5-də sayca 53-cü kitabını başa vurub. Yeni nəşr nümunəsi "Türkmənlərin mənəvi dünyası" adlanır. Kitabda xalqın adət-ənənəsindən bəhs olunur. Çoxlu atalar sözləri, zərb-məsəl yazılıb.

Berdıməhəmmədov zərb-məsəlləri xüsusi sevir. Hələ yanvarda Mədəniyyət naziri Bahargül Abdıyevə türkmən deyimlərini toplayıb qruplaşdırılmaqla bağlı tapşırıq vermişdi. Prezident bu sözləri xalqın böyük dəyəri adlandırmışdı. Berdıməhəmmədov iyunda aqronomlarla görüşündə xeyli atalar sözü söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »