Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçisi: "Xarici səfirlər mənə deyirdi ki, sizin XİN niyə susur?"

Ermənistanın Azərbaycana hücumu və eləcə də, xarici ölkələrdə erməni diaspor nümayəndələrinin azərbaycanlılara sırf milli-etnik zəmində hücumlarına görə, diplomatik nümayəndəliklərimizə hücumlara görə Azərbaycan hansı addımlar atmalıdr? Ölkəmiz Beynəlxalq Məhkəməyə müraciət etməlidirmi? Etməlidirsə bunu necə etməlidir?

Tovuz hadisələrindən sonra baş verənlərdə hansı gizli mesajlar gizlənib? Bizimyol.info-nun müsahibi Beynəlxalq insan haqlarının müdafiə komitəsininin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Elçin Axundzadə ilə bu barədə danışırıq.

- Elçin bəy, Tovuzda baş verən hücumlardan sonra ermənilər xaricdəki soydaşlarımıza və səfirliklərimizə hücum etdilər.Beynəlxalq hüquq normalarına uyğun olaraq biz hansı cavab tədbirlərini görməliyik?

- Beynəlxalq hüquq normalarına və BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olanlar Azərbaycanın özünümüdafiə hüququ var və Ermənistanın Tovuz ərazisində torpaqlarımıza hücumuna Azərbaycanın hərbi cavab reaksiyası bu nizamnaməyə uyğun idi.Azərbaycan indiki halda BMT Təhülkəsizlik Şurasına müraciət edib vəziyyətlə əlaqədar qərar çıxarmasını tələb edə bilər.Beynəlxaq hüquq normalarına əsasən, Azərbaycanın mövqeyi güclüdür, haqlıdır. Sözsüz ki Azərbaycanın diplomatik missiyaları baş verənlərə hüquqi qiymət verilməsi üçün aktiv rol oynamalıdırlar, insidentə ədalətli qiymət verilməsini tələb etməlidirlər.Əgər həmin dövlətlər Azərbaycanın tələbini cavabsız qoysalar və hücumlarda iştirak etmiş şəxsləri məsuliyyətə cəlb etməsələr Azərbaycan həmin dövlətləri beynəlxalq konvensiyaya uyğun olaraq məsuliyyətə cəlb edə bilər. 1965 və1966-cı illərdə qəbul edilmiş Bütün növ etnik diskriminasiya formalarının aradan qaldırılması və İnsan hüquqlarına dair beynəlxaql pakkt bizə bu hüququ verir.

Azərbaycanın diplomatik missiyalarına hücuma gəlincə,bu da beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Belə ki, diplomatik səfirlik və konsulluqların ərazisi həmin dövlətin ərazisi hesab olunur. 1961-ci ildə qəbul edilmiş Vena konvensiyasının 22-ci maddəsinə əsasən, diplomatik missiyanın yerləşdiyi dövlət həmin ərazini istənilən növ hücumlardan qorumağa məsuldur. Bu halda Belçika, Niderland və ABŞ-da səfirliklərimizin binalarına hücum edilib və biz beynəlxalq hüquq müstəvisində haqqımızı tələb etməliyik.

- Ermənistanın məhz Tovuzu vurmasını politoloqlar müxtəlif formada dəyərləndirilər.Sizin fikirinizi də bilmək istərdik

-Ermənistanın Tovuza hücumunun əsasında gizli erməni məkr vardı. Birincisi plan iqtisadi zərbə vurmaq idi. Tovuz bizim vacib logistika mərkəzimizdir. Burdan Avropaya gedən neft-qaz və dəmir yolu xəttinindən bizim külli gəlirlərimiz var. Bu hücumla bizi iqtisadi asılı vəziyytə salmaq olardı. Əlbətə əgər biz cavab verməsəydik. İkinci məqam da var. Ermənistan bu hücumu üçüncü dövlətin əliylə etdi. Yəni Rusiyanın. Və bu hücumun əsasında Ermənistanın ruslarla türkləri üz- üzə qoymaq planı dayanırdı.

Burda məqsəd Azərbaycanı məcbur etmək idi ki, sərhədlərimizi qorumaq üçün ora rusların rəhbərliyi altında sülhməramlılar gəlsin. Bu planın əsas iki məramı bu idi.

- General Polad Həşimovun şəhid olmasıyla xalqın anidən ayaqlanması bir oldu.Yəni karantinə belə baxmadan hər kəs küçələrə axışdı və dövlət də buna mane olmadı

- Əslində Azərbaycan dövləti insanları qeyri-rəsmi olaraq orduya dəstək kimi özü küçəyə çıxartdı.Yəni ən böyük siyasətlərin, güclərin qarşısına xalq faktoru çıxarıldı. Bunun mənası nəydi? Hamı bilir ki, Nəcməddin Sadıxov Rusiyanın təyinatı ilə o vəzifədə oturub və həmin gün yürüşə çıxanlar istefa tələbi etdilər. Bununla Azərbaycan Ermənistana və Rusiyaya mesaj vermiş oldu ki, biz geri addım atmayacaqıq, güzəşt etməyəcəyik və sülhməramlıların gəlib bizim torpağımıza girməsinə imkan verməyəcəyik. Əgər millət istəmirsə heç bir məmur orda əbədi deyil, işdən çıxarıla, qovula bilər.

Gəlin hadisələrin xranologiyasına baxaq.Türkiyənin təyyarələri Ermənistan sərhədlərində təlimlərə başladı. Cavab olaraq Qara Dənizdə Rusiyanıən təlimləri başladı. Cavab olaraq Türkiyə böyük qoşun hissələri ilə təlimə gəldi. Yəni biz qüdrətliyik, birlikdə güclüyük və Azərbaycanın arxasındayıq.

Tovuz hadisələrinin davamı olaraq Los -Ancelesdə ermənilər bizim soydaşlarımıza hücum etdilər. Ondan öncə ABŞ konqresi məlum qətnaməni qəbul edib torpaqlarımızın işğalını tanımışdı. Bu qətnamə ilə ABŞ Rusiyanın təcavüzkar üzünü açmış olur.

Qətnamənin qəbuluyla ermənilər təxribata başladılar. Məqsəd oydu ki, dünyanı inandırsınlar ki, biz vəhşiyik. Bu mənada bizim diplomatlarımız, bloggerlərimiz ağıllı gediş etdilər. Ermənilərin öz vəhşiliklərini üzə çıxartdılar. Düzdür, bizim insanlarımız da öz nifrətlərini saxlamadılar. Ermənilər elə bir millətdir ki, ona hücum ediləndə geri addım atırlar. Sülh istəyirlər.Bunu gördülər. Rusların bu mənada addımı maraqlı oldu. O həm bizə həm erməniyə mesajlar verməyə çalışdı. Erməniyə dedi ki, sənin arxanda dayanmasam, azərbaycanlılar səni məhv edər, əzər keçər, Azərbaycana mesaj o oldu ki, sizi ermənilərin əliylə vura bilərəm. Sizin neftiniz bizim Novorossiysk boruları ilə Avropaya axmalıdır.

Bizimkilər bu dəfə təxribata getmədilər. Mən özüm də, bloggerlərimiz də bunu etdik, məlumatlandırdıq. Onar Tovuzdakı məğlubiyyətlərini gizlətmək üçün hücumlar təşkil edib öz daxili vətənpərvərliklərini qaldırmaq istəyirdilər.

- Bizim diplomatiya isə susurdu?

-Ayın 12-də, döyüş başlayarkən mən şəxsən bir çox səfirlərə zəng edib məlumatlandırdım. Deyirdilər sizin XİN niyə susur? Bəlkə 10 səfriə zəng etdim ki, ermənilər Tovuzu vurur. Dedilər XİN niye brifinq elemir.Mən XİN və Müdafiə Nazirliyinin brifinq keçirməyini də tələb etdim.Ondan sonra XİN brifinq etdi. Bizim kəşfiyyatımız bu hadisələri öncədən görməliydi. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasını keçirdikdən sonra hər şey qaydasına düşdü.Məmmədyarovun işdən azad edilməsini mən təqdirəlayiq addım hesab edirəm.Onun yerinə gətirilən nazirin kənardan gətirilməsi də düzgün addımdır çünki, gəlini erməni olan bir nazirin Trampın binasında aldığı iki mənzilin halal yolla alınması şübhəlidir və bu qurumda əli korrupsiyaya bulaşanlar çox idi. Bu mənada Ceyhun Bayramov bu qurumun başına kənardan çox təmiz bir kadr olaraq gətirildi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »