Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov ABŞ Dövlət katibinə qarşı sanksiya tətbiq edib

Çeçenistan lideri Ramzan Kadırov ABŞ-ın Dövlət katibi Mayk Pompeoya qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Bu barədə “Grozny.TV” kanalı məlumat yayıb.

O, əvvəllər Pompeonu ziyarətə dəvət etdiyini xatırladıb, lakin indi Çeçenistan liderinin sözlərinə görə, artıq buna ixtiyarı yoxdur.

"Mən dəvəti ləğv edirəm və onun bütün hesablarının bloklanmasına qədər respublika üzrə bütün sanksiyaların tətbiq olunduğunu elan edirəm".

Çeçenistan rəhbəri, Vaşinqtonun heç bir siyasətə qarışmayan qızlarını və həyat yoldaşını "qara siyahı"ya daxil etdiyini başa düşmədiyini söyləyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo Ramzan Kadırovun "qara siyahı"ya daxil edildiyini bildirib. Birləşmiş Ştatlar onu işgəncə, məhkəmədənkənar edam və digər cinayətlərdə ittiham edir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »