Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist şəhid məktubunu səsləndirdi - Video
Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Azərbaycanın əməkdar artisti Elman Rəfiyev gənc şəhidin məktubunu səsləndirdi.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın əməkdar artisti Elman Rəfiyev iyulun 12-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişən gənc şəhid Xəyyam Daşdəmirovun anasına yazdığı məktubu səsləndirib.

Əməkdar artist Elman Rəfiyev Əməkdar artist Elman Rəfiyev

Mövzu ilə bağlı Elman Rəfiyevin saytımıza verdiyi açıqlamanı təqdim edirik:

"Şəhid məktubunu səsləndirdiyim videonu AzTv-də çalışan kiçik qardaşım rejissor Vüsal Rəfiyevlə ərsəyə gətirdik. Mən səsi yazdım, amma göz yaşıma hakim ola bilmirdim. Qəhərdən səsim titrəyirdi. Sonda yazdım və qardaşıma yolladım. O da öz öhdəsinə düşəni professinalca həyata keçirtdi. Bu bizim Vətən şəhidlərimiz qarşısında borcumuz idi."

Rejissor Vüsal Rəfiyev Rejissor Vüsal Rəfiyev

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »