Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani 25 milyon iranlının koronavirusa yoluxduğunu açıqlayıb

“Ehtimal olunur ki, 35 milyon iranlı koronavirusa yoluxma riski ilə üzləşsin”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə üzrə milli qərargahın iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin yeni hesablamalarına görə indiyədək 25 milyon İran vətəndaşı koronavirusa yoluxub və daha 35 milyon iranlının virusa yoluxma riski var.

İran Prezidentinin sözlərinə görə, koronavirusa yoluxan hər 1 000 nəfərdən 500-də xəstəliyin əlamətləri müşahidə olunmur: “Hazırda bu virusla mübarizənin ən sadə, təsiredici və xərcsiz yolu tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq və toplaşmalardan çəkinməkdir”.

H. Ruhani qeyd edib ki, hazırda İran koronavirusla mübarizəyə qarşı 5 dərman vasitəsi istehsal edib və daha bir dərman yaxın həftələr ərzində bazara buraxılacaq, eyni zamanda, peyvəndlə də bağlı işlər görülür.

“Virusa yoluxanlar bunu gizlətməsinlər və tibb müəssisələrinə müraciət etsinlər. Virusla mübarizədə milli dözümlülüyü artırmalıyıq. Virusun kökünü kəsmək üçün əl-ələ verib mübarizə aparmaqdan başqa çarəmiz yoxdur”, - deyə İran Prezidenti vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »