Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyonlarla uşaq məktəbə qayıda bilmir

Pandemiya təhsil sisteminə də böyük zərbə vurub. Dünyada 10 milyondan çox uşaq məktəbə qayıda bilmir.

“Save the Children” yardım təşkilatının hesabatında belə deyilir.

Bizimyol.info xəbər verir ki, beynəlxalq qurum son onillərin ən çətin durumlarından birinin yaşandığını açıqlayıb. Pandemiya 10 milyondan çox uşağı məktəbsiz qoyub. Təhsil ocaqlarının nə vaxt normal iş prosesinə qayıdacağı hələ də bilinmir.

UNESCO-nun hesabatı da nikbinlikdən xəbər vermir. Apreldən bəri təhsil alan gənc və yeniyetmələrin 90 faizi – 1.6 milyard nəfər təhsil yerlərindən kənarda qalıb.

“Save the Children” başqa rəqəmlərlə də həyəcan təbili çalır. Böyük Britaniya təşkilatının ehtimalına görə, təhsilsizlik daha 90-117 milyon uşağı yoxsulluğa sürükləyəcək. Xeyli yeniyetmə məktəb yaşında işləmək məcburiyyətində qalacaq. Təxminən 7-9.7 milyon yeniyetmə qızın erkən evliliyə məruz qalacağı gözlənilir.

“Save the Children” böyük dövlətləri koronavirusla mübarizədə daha fəal və səmimi olmağa çağırıb. Təşkilatın baş direktoru İnler Aşinq iqtisadi böhranın uşaqları çox çarəsiz vəziyyətdə qoyacağını açıqlayıb.

Yardım təşkilatı daha çox Afrika ölkələrində durumun yaxşı olmadığını bildirib. Ümumilikdə Niger, Mali, Çad, Liberiya, Əfqanıstan, Qvineya, Mavritaniya, Nigeriya, Pakistan, Seneqal və Kot-dİvuarın adı çəkilib.

Son xəbərlər
Bütün xəbərlər »