Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtərdə Gəncə sakinindən marixuana götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Gəncə şəhər sakini sakini Hüseyn Nağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən və əlindəki politelin torbalardan çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər
Bütün xəbərlər »