Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür
trump_kim-pic685-685x390-9828

Hazırda Pxenyanla Vaşinqton arasında danışıqlar prosesini bərpa etməyə ehtiyac yoxdur. Çünki ABŞ bundan yalnız “siyasi alət” kimi istifadə edir.

Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir ki, bu fikri KXDR Xarici işlər nazirinin müavini Tsoy Son Xi səsləndirib. “Biz ABŞ ilə üz-üzə oturub danışıqlar aparmağa heç bir lüzum görmürük. Çünki onlar ölkələrimiz arasında dialoqa yalnız daxili siyasi böhranı aradan qaldırmaq aləti kimi baxırlar”, - deyə diplomat bildirib.

Bu bəyanat ABŞ dövlət katibinin müavini Stiven Biqanın gələn həftə Cənubi Koreyaya nəzərdə tutulan səfəri ərəfəsində verilib. O, Seulda Şimali Koreya ilə dayandırılmış danışıqlar məsələsini müzakirə etmək niyyətindədir.

Son aylar KXDR-in Koreya Respublikası və ABŞ ilə münasibətləri pisləşib. İyun ayında rəsmi Pxenyan Seulla bütün mövcud rabitə kanalları üzrə təmasları dayandırdığını elan edib və koreyalararası əlaqələr ofisini partladaraq dağıdıb.(azərtac)

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
››› DİN-dən sosial şəbəkələrdə yayılan fotolarla bağlı açıqlama - Foto
Son xəbərlər
Bütün xəbərlər »