Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ rəhbərinə niyə “Zərgər” ləqəbi qoymuşdular

Leonid Brejnevin ölümündən sonra SSRİ-yə Yuri Andropov rəhbərlik etməyə başladı.

Uşaqlığı Birinci Dünya Müharibəsinə təsadüf etmiş siyasi xadim ölümünə qədər Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi oldu.

Yuri Andropov Yuri Andropov

Bizimyol.info xəbər verir ki, Rusiya İmperiyasında doğulan Andropov haqda SSRİ-də müfəssəl məlumat verilmirdi. Çünki anası Yevgeniya Flekenşteyn sovet kəşfiyyatçısı olmuşdu. Amma onu hamı musiqi müəllimi kimi tanıyırdı. Yurinin atasının dəmiryolu işçisi Vladimir Andropov olduğu bildirilir. Uşağın valideynləri onun hələ 3 yaşı olanda ayrılıb. Ana oğlu ilə 1917-cu ildə Osetiyaya üz tutub. Ata bundan iki il sonra yatalaqdan vəfat edib.

Andropovun dediyinə görə, Yevgeniya Karlovna övladlığa götürülmüş uşaq olub. SSRİ rəhbərinin anası Finlandiyadan Rusiyaya köç etmiş varlı yəhudi zərgər Karl Flekenşteyn imiş. Sonradan KQB-yə yolu düşən Andropovu həmkarları məhz yəhudi babaya görə “Zərgər” (Yuvelir) adlandırırdılar. Həm də ona görə ki, Karl Flekenşteynin Moskvada Bolşaya Lubyanka, 26 ünvanında “Zərgərlik əşyaları” (Yuvelirnıe veşi) adlı mağazası varmış. Zəngin yəhudi hələ SSRİ-yə qədər canını və mağazasını həyat yoldaşı Yevdokiya Mixaylovnaya tapşırmışdı.

Andropov SSRİ-yə təxminən 14 ay rəhbərlik edib. Bunun bir hissəsi xəstəliklə mübarizəyə gedib. Ölümünə bir ay qalmış “Time” jurnalı onu ABŞ prezidenti Ronald Reyqanla birlikdə “İlin adamı” seçmişdi. “Zərgər” 1984-cü il fevralın 9-da 16.50-də həyatla vidalaşıb.

Son xəbərlər
Bütün xəbərlər »