Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft nəhəngi milyardlar itirir

Ayrı-ayrı iqtisadi sahələrindən söz açarkən qlobal səhiyyə böhranının rolunu qabartmamaq olmur. Bütün sektorlar böyük ziyanla üz-üzə qalıb.

Bizimyol.info xəbər verir ki, neft nəhəngi milyardlar itirir. “Shell” ikinci rübdə 22 milyard dollar itki olmasını açıqlayıb. Neft şirkətinin hesabatı yalnız bədbin notlara köklənib. “Shell”in proqnozuna görə, bu il neftin bir barelinin qiyməti 35 dollar civarında olacaq. Gələn il rəqəm 40-a yüksəlməlidir. Sonrakı illərdə isə 50-60-dan danışmaq olar.

“Shell” ikinci kvartalda sutkalıq hasilat həcmini 3.5-4.5 milyon barelə qədər azaldıb. Halbuki əvvəllər gündə 6.6 milyon barel neft çıxarılırdı.

“Shell”in bazar dəyəri 126 milyard dollardır. Hesabatdan sonra şirkətin dəyəri 2.3 faiz aşağı düşmüşdü. Son saatlarda bir az sabitlik nəzərə çarpır.

Apreldə məlum olmuşdu ki, “Shell” İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səhmdarlara ödənişləri azaldıb.

Son xəbərlər
Bütün xəbərlər »