Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In virusa yoluxmamaq üçün tez-tez yerini dəyişir

Yaponiyanın müdafiə naziri Taro Kono Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı ciddi şübhələr olduğunu bildirib.

Nazir ətraflı danışmaq istəməyib. Onun sözlərinə görə, kəşfiyyat məsələlərini müzakirə etməyə haqqı yoxdur.

Bizimyol.info xəbər verir ki, Taro Kono diqqəti daha çox Kim Çen Inın Şimali Koreyada tez-tez yerini dəyişməsinə yönəldib. Nazir KXDR prezidentinin koronavirusdan qaçmaq istədiyini düşünür. Avtoritar rejim ölkədə infeksiyanın olmadığını bildirsə də, təkcə Qərb dövlətləri yox, qonşular da fərqli fikirdədir. “Daily Mail” yazır ki, böyük ehtimalla Kim Çen In artıq koronavirusa yoluxub. Çünki pəhrizə görə orqanizmi çox zəifləyib, üstəlik, siqaret də çəkir.

Son aylar Kim Çen Innın səhhəti çox müzakirə olunur. Şimali Koreya lideri tez-tez yoxa çıxır. Onun ölüm xəbərləri də az yayılmayıb. İyunun 17-də “Yonhap News Agency” Kim Çen Inın yenə yoxa çıxmasından yazmışdı. Ölkə rəhbəri siyasi büronun iyunun 7-dəki iclasından sonra ortada görünməmişdi. Aşkar hiss olunur ki, hakimiyyət onun bacısı Kim Yo Çjona ötürülür.

Son xəbərlər
Bütün xəbərlər »