Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin yeni ərazi iddiları - Kimlər hədəfdədir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.

“SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyə Rusiya prezidenti bəyan edib. Vladimir Putin bu açıqlama ilə nə demək istəyir, bu bəyanat gələcək torpaq iddialarının ilk siqnallarıdırmı?

Bizimyol.info-nun suallarını politoloq Xaləddin İbrahimli və “Ümid” partiyasının sədri İqbal Ağazadə cavablandırır.

Xallədin İbrahimli

Xaləddin İbrahimli: Putin çoxdandır Avrasiya İqtisadi Birliyinə (AİB) önəm verir, onun güclənməsini istəyir.Belə görünür ki, o, post-sovet dövlətlərinə təzyiq etməklə yavaş-yavaş onları bir platformaya yığmaq, AİB-ə bağlamaq,orda müəyyən qarantiya tədbirləri görmək niyyətindədir. Yəni geri dönüşün bir qədər imkansız hala gələcəyi qarantiya tədbirlərindən söhbət gedir.Bundan sonra bu birliyin adındakı iqtisadi kəlməsi götürüləcək, Avrasiya Birliyi Sovetlər Birliyi kimi mövcudluğunu davam etdirəcək, yeni bir siyasi platforma yaranacaq.Vahid bir partiya( yəni keçmiş kommunist partiyasını əvəz edən) yaranmasa belə, vahid ideologiya yaradılacaq.Bu istiqamətdə o artıq addımlar atmağa başlayıb.Bu ilk növbədə özünü necə göstərir? Region ölkələrində demokratiyanın inkişafına əngəl olur.

Demokratya inkişaf etməyəndə rejimlər istər-istəməz avtoritarizmə meyillənir və dövlətlər xalqdan uzaqlaşır, korrupsiyaya qurşanır. Öz hakimiyyəti haqqında fikirləşir və başqalarından asılı vəziyyətdə olur.Rusiyanın çevrəsinə, yəni post-sovet ölkələrinə baxsanız, görərsizniz ki, türkdilli respublikaların demək olar ki, hamısı Moskvadan həddən artıq asılı vəziyyətdədir. İldən-ilə bu asılılıq daha da güclənir.Bunların içərisində ola bilər ki, bəzi dövlətlər müqavimət göstərsin.Onlara da fərqli iddialarla təzyiq göstərir. Rus dilli toplumlar iddiası da bu iddialardan biridir. Heç şübhəsiz Latviyaya, Belarus və Ukrayana, Qazaxıstan və Qırğızıstana qarşı belə hücumlar var. Eyni zamanda Qazaxıstana qarşı ərazi iddiası da var. İllər öncə Putin belə bir ifadə işlətmişdi: “Nazarbayev çox qoçaq adamdır, heç vaxt qazaxların dövləti olmamışdı, o sovetlər dağılandan sonra qazaxlara dövlət qurdu”. Onun Qazaxıstana qarşı torpaq iddiaları daha böyükdür. Baykonur, Qazaxıstanın şimali qərb ərazilərinə iddalıdır, Ukrayanaya qarşı böyük ərazi iddiası müharibə həddinə çatdı.Putin Ukraynanın şərqini tamamilə Rusiya torpaqları hesab edir. Bu iddialar sadəcə Avrasiya blokuna qoşulmaq üçün təzyiq vasitləridir.Yəni demək istəyir ki, Avrasiya blokuna qoşulmasanız, Ukraynanın şərqini işğal etdiyim kimi, Qazaxıstanın, Latviyanın, Belarusun böyük hissəsini və.s işğal edə bilərəm. Bu blefdir və köhnə DTK üzvü bundan ustalıqla istifadə edir.Çox vaxt istədiyinə də nail olur. Ən təhlükəlisi budur ki, bu blok türkdilli respublikaların bazasında yaranacaq, çünki ən zəif halqalar onlardır. Ən asılı olanlar onlardır. Elələri var ki, oranın rəhbərliyi xalqının qorxusundan Rusiyanı özü çağıracaq, özü işğala imkan yaradacaq.Mənim fikirmcə, hadisəslər bu məcrada davam edəcək. O ki, qaldı Azərbaycana. Rusiya heç vaxt nəzərlərini Azərbaycanın üzərindən çəkməyib və Azərbaycan da onun diqqət mərkəzindədir”

İqbal Ağazadə İqbal Ağazadə

İqbal Ağazadə: Mən Putinin həmin çıxışına qulaq asdım. Hesab edirəm ki, bu əsasən Ukraynaya yönəlik mesajlar idi. Çünki, Ukraynada baş verən konfliktlərdə Putin və Rusiya qınandı. Sovet dönəmində Krım Rusiyadan alınıb, Ukraynaya verildi və Putin bu ərazini yenidən ilhaq etdi. Putin krımın öz torpaqları olduğunu ad çəkmədən israr edir.Amma başqa yerlər də nəzərdə tutula bilər. Putinin bu dediklərinə qalarsa, o zaman Azərbaycanın da torpaq almaq hüququ var. Çünki, Sovet İttifaqının tərkibinə girəndə Azərbaycan daha böyük ərazilərə malik idi.Ermənistanın xeyli ərazisi bizə məxsus idi və rusların apardıqları siyasət nəticəsində bizim torpaqlar hesabına Ermənistan genişləndirilib. Putin bu məsələdə Azərbaycanı nəzərədə tuta bilməz. Çünki, bizim özümüzün torpaqlarımızı əlimizdən alıblar.

Əslində Rusiyanın bütün bölgələrdə konflikt yaratmaq kimi köhnə bir siyasəti var və bu gün də davam edir. İstər Azərbaycan, istər Moldova, istər Gürcüsən. Istər Baltikyanı ölkələr olsun. Orta Asiya ölkələri və Belarus onun dediklərinin əksinə getsələr, onların ərzisində də belə münaqişə ocaqları yaradılacaq. Rusya öz maraqlarını fərqli yollarla qoruya bilmir, yalnız bu üsuldan istifadə edir. 1923-cü ildə Qarabağa Muxtar Vilayət statusu verilib. Ona qədər Dağlıq Qarabağa anlayışı yox idi, bütöv Qarabağ var idi və bizim idi. 1923-cü ilin iyun ayında keçirilən referendumda Şuşa bu referendumdan kənarda saxlanılıb, əraziyə daxil edilməyib, Şuşa bu prosesdən kənarda saxlanılıb,yalnız bir il sonra Şuşa qanunsuz şəkildə Muxtar Vilayətə daxil edilib.

Dağlıq Qarabağın işğaldan azad edilməsi heç kimin yox, bizim məsələmizdir.Mövcud hakimiyyət bu konflikti müharibəsiz həll etmək öhdəliyi götürüb deyə savaş planları həyata keçirmir, ona görə bu addımı atmır. Amma torpaqlarımız mütləq işğaldan azad olunacaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »