Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun rəqibi ondan daha çox imza toplayıb

Belarus çalxalanır. Aleksandr Lukaşenko 26 illik hakimiyyətinin ən ağır dövrünü keçirir. Ölkədə etiraz səsləri daha uca eşidilməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, paytaxt Minskdə həbs olunan müxalifətçilərə görə piket keçirilib. Yağışa baxmayaraq aksiyada 1600 nəfər iştirak edib. Piket iştirakçıları hakimiyyətdən Sergey Tixanovskinin, Pavel Severintsin, Nikolay Statkeviçin dərhal azad olunmasını tələb edib.

Lukaşenko dünən prezident seçkilərindəki əsas rəqibi Viktor Babarikonun da həbsinə nail olub. O, əvvəllər rəhbərlik etdiyi “Belqazprombank” vasitəsilə ölkədən 400 milyon dollardan çox çıxarmaqda ittiham edilir.

Babariko həbs olunsa da, imzatoplama kampaniyası dayandırılmayıb. Keçmiş bank rəhbəri üçün 434 mindən çox səs toplanıb. Halbuki namizəd olmağa 100 min səs də kifayətdir.

Babariko imzaların sayına görə Lukaşenkonu geridə qoyub. Dövlət başçısı üçün 364 min vətəndaş imza atıb.

Son xəbərlər
Bütün xəbərlər »