Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Polisinin keçmiş rəisi və müavininə qarşı ittiham irəli sürülüb

Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) keçmiş yüksək vəzifəli şəxslərinə qarşı ittiham irəli sürülüb.

“Report” “Lragir”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb.

Onların arasında Ermənistan Polisinin keçmiş rəisi Vladimir Qasparyan və polis rəisinin müavini Levon Yeranosyan da var.

Sabiq rəis və müavini dövlətə 114 milyon dram (237 535 ABŞ dollar) məbləğində ziyan vurmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət əmlakını xüsusi ilə külli miqdarda mənimsəməkdə ittiham olunurlar.

V.Qasparyan, L.Yeranosyan və daha 2 nəfər barədə cinayət işinin ibtidai istintaqı başa çatıb. İttiham aktı məhkəməyə göndərilmək üçün vəsatətlə birlikdə prokurora təqdim olunub.

Qeyd edək ki, 61 yaşlı Vladimir Qasparyan 1997-2010-cu illərdə Ermənistan Hərbi Polisinin rəisi, 2010-2011-cu illərdə Ermənistan müdafiə nazirinin müavini, 2011-ci il noyabrın 1-dən 2018-ci il mayın 10-dək Ermənistan Polisinin rəisi işləyib.

56 yaşlı Levon Yeranosyan isə 2003-2012-ci illərdə Ordunun 3-cü korpusunun komandiri olub, 2012-ci aprelin 2-də Ermənistan Polis rəisinin müavini təyin edilib və bir neçə ay əvvələ qədər bu vəzifədə işləyib.

Son xəbərlər
Bütün xəbərlər »