Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft erası son illərini yaşayır: BP şirkəti geri çəkilməyə qərar verdi

Neft yaxşı günlərini yaşamır. OPEK+ üzvləri hasilatı nə qədər azaltsa da, neftin qiyməti qənaətbəxş səviyyəyə yüksəlmir. “Brent” son üç ayda yalnız bir neçə dəfə 40 dollar psixoloji həddini keçə bilib.

Bizimyol.info xəbər verir ki, “British Petroleum” (BP) sentyabrdan yeni strategiya elan etməyi planlaşdırır. Neftin dəyərinin azalması, yüksək qiymət perspektivinin olmaması Böyük Britaniya şirkətini xüsusi tədbirlər planı hazırlamağa vadar edir.

BP şirkəti

BP-də anlayırlar ki, neft erası son illərini yaşayır. Şirkət qlobal böhranın təsirinin daha uzun müddət özünü göstərəcəyini fikirləşir. Buna görə də əməkdaşların 15 faizinin (təxminən 10 min nəfər) ixtisar olunması nəzərdə tutulub. BP-də 73 mindən çox insan çalışır.

BP-nin baş icraçı direktoru Bernard Luni sentyabrda geniş hesabatla çıxış edəcək. Amma indidən vəziyyətin yaxşı olmadığı məlumdur. Dünən şirkətin səhmləri 4.3 faiz dəyər itirib. BP itkilərin getdikcə artacağı həqiqətini qəbul edir. Şirkət 2050-ci ilə qədər neftin bir barelinin qiyməti üçün proqnozunu 70 dollardan 55-ə salıb.

BP-də açıq bəyan edirlər ki, bundan sonra daha çox təbii qaz haqqında düşünəcəklər. Kəşfiyyat işləri kəskin azaldılacaq, bir çox yataqların istismarından imtina olunacaq.

1994-cü ilin sentyabrın 20-də Bakıda imzalanan “Əsrin müqaviləsi”ndə BP ən böyük paya sahib olan şirkət idi. İnvestisiyanın 17.12 faizi BP-nin payına düşürdü.

BP 1908-ci ildə yaradılıb. Şirkət ilk yatağı İranda kəşf etmişdi. BP-nin aktivlərinin həcmi 282 milyard dolları ötür.`

Son xəbərlər
Bütün xəbərlər »