Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı meyvəsi 2 min dollara satıldı - Foto

Dünyanın ən bahalı meyvəsi Yaponiyada yetişdirilir. “Densuke” qarpızının qiyməti, adətən, 6 min dollar olur.

Bizimyol.info xəbər verir ki, pandemiyaya görə dünyanın ən bahalı meyvəsi də dəyər itirib. Yaponiyada yetişdirilən xüsusi növ qarpız 2 min dollara satılıb.

Dünyanın ən bahalı meyvəsi 2 min dollara satıldı - Foto

Qara qabıqlı giləmeyvə sahibini hərracda tapıb. 38 yaşındakı Madoka Sato bu qədər xərc çəkməklə kənd təsərrüfatı ilə məşğul olanlara dəstək məqsədi güddüyünü bildirib.

“Densuke” qarpızı Yaponiyanın cənubundakı Hokkaydo adasına yetişdirilir. Bura turistlərin sevimli yerlərindəndir. Amma Hokkaydo həm də koronavirusun çox qeydə alındığı bölgələrdən sayılır.

Hər il təxminən 10 min “Densuke” qarpızı satışa çıxarılır. 2008-ci ildə qara qarpızlardan biri 650 min yenə (6300 dollar) satılmışdı. Yaponiyada 250 dollara da “Densuke” qarpızı almaq mümkündür. Ümumilikdə qarpızın vətəni Afrikanın cənub ölkələri sayılır.

Son xəbərlər
Bütün xəbərlər »