Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan virusa yoluxma statistikasında Avropa ölkələrini geridə qoydu

Avropa ölkələri bir-birinin ardınca normal həyata qayıdır. Avropa İttifaqının üzv ölkələrindən yalnız Böyük Britaniyada sutkalıq yoluxma sayı 1000 nəfəri keçir. Əvəzində Hindistanda vəziyyət çox pisləşib. Asiya dövləti virusa yoluxma statistikasında avropalıları geridə qoyub.

Bizimyol.info xəbər verir ki, Hindistan son sutkada ümumi cədvəldə Böyük Britaniyanı və İspaniyanı da keçib. Beləliklə, asiyalılar dördüncü pillədə yer alıb.

İndiyə qədər Hindistanda 297 mindən çox vətəndaşda infeksiya aşkarlanıb. 8473 nəfər virusdan həyatını itirib. Hindistan Səhiyyə Nazirliyi təxminən 146 min nəfərin sağaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 7.5 milyondan çox insanda infeksiya aşkar edilib. Pasiyentlərin 420 mindən çoxu həyatla vidalaşıb. Ən çox ABŞ-da yoluxma qeydə alınıb (2.07 milyon nəfər). Bu ölkədə ölənlərin sayı 115 min nəfəri keçib.

Son xəbərlər
Bütün xəbərlər »