Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili Zelenskinin məsləhətçisi olmaqdan imtina edib

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keşmiş dövlət başçısı Mixal Saakaşvilinin onun təklifindən boyun qaçırdığını bildirib.

Prezidentin sözlərinə görə, gürcü siyasətçi onun məsləhətçisi olmaqdan imtina edib.

Zelenski Vladimir Zelenski

Bizimyol.info xəbər verir ki, Zelensi Saakaşvilini islahatlar üzrə məsləhətçi vəzifəsində görmək istəyib. Amma gürcüdən “mənim səviyyəm deyil” cavabını alıb.

“Mixail Nokolozoviçlə görüşəndə dedi ki, kömək etmək istəyirəm. Bir neçə görüşümüz baş tutdu. Hər dəfə müxtəlif adekvat tövsiyələrlə gəlirdi. Soruşdu ki, məni harada görürsünüz? Dedim, düşünüb statusunuzu özünüz müəyyyənləşdirin. İslahatlar üzrə məsləhətçim olmağı təklif etdim”, - Zelenski “Ukrainskaya pravda”ya danışıb.

Ukrayna prezidentinin sözlərinə görə, Saakaşvili baş nazirinin islahatlar üzrə müavini olmaq istədiyini dilə gətirib. Zelenski bunu baş nazir Denis Şmıqalla müzakirə etməyə söz veribmiş.

Hələ apreldə Zelenskinin Saakaşviliyə baş nazirin müavini vəzifəsini təklif etdiyi məlum olmuşdu. Sonra xəbər çıxdı ki, bunun üçün Ali Radada yetərli səs yoxdur. Nəticədə Gürcüstanın keçmiş prezidenti Milli İslahat Şurasının İcra Komitəsinin rəhbəri təyin olundu.

Son xəbərlər
Bütün xəbərlər »