Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Ədliyyə Nazirliyi məhkəmənin eks-prezident barədə qərarından şikayət edib

Ermənistanda məhkəmə eks-prezidenti Robert Köçəryanın koronavirus epidemiyasının bitməsinə qədər xəstəxanada qalmasına qərar verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkillər komandasının mətbuat katibi Elina Saakov bildirib.

Ermənistan Ədliyyə Nazirliyinin Cinayət-icra şöbəsi məhkəmənin bu qərarından şikayət edib.

Qeyd edək ki, Koçaryanın vəkili Aram Orbelyanın iddiasını təmin edən məhkəmənin qərarına görə, sapiq prezidentin koronavirus epidemiyasının sonuna qədər “İzmirlyan” Tibb Mərkəzində qalacaq.

Son xəbərlər
Bütün xəbərlər »