Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan müdafiə naziri Türkiyəni müharibə ilə hədələdi

Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos bildirib ki, onun ölkəsi öz suveren hüquqlarını qorumaq üçün hər şeyə, o cümlədən Türkiyə ilə müharibəyə hazırdır.

Bizimyol.info-nun xəbərinə görə, bu fikirləri nazir yerli Star kanalında səsləndirib:

“Yunanıstan son zamanlar Türkiyə tərəfindən daxil olan təxribatların sayının artdığını qeyd edir. Türkiyə özünü son zamanlar kifayət qədər aqressiv aparır. Belə hərəkətlərə yol verməmək üçün biz bütün diplomatik silahlardan və hətta hərbi qüvvələrimizdən istifadə etməyə hazırıq”.

Jurnalistin “münaqişənin hərbi yollu ilə həlli gözlənilirmi?” sualına yunan nazir “ tamamilə doğrudur , məhz hərbi həll yolu nəzərədə tutulur” cavabını verir.

Gərginliyin yaranmasına Türkiyənin neft şirkətinin Yunan adaları yaxınlığındakı ərazidə istehsala başlamasına lisenziya alması səbəb olub.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »