Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aydın Mirzəzadə: Karantin rejiminin sərtləşdirilməsi vacib idi

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək.

Millət vəkili Aydın Mirzəzadənin bu məsələ ilə bağlı redaktor.az-a müsahibəsini təqdim edirik:

- Aydın bəy, şənbə və bazar günləri üçün tətbiq olunan məhdudiyyətlərin tətbiqi xəstəliyin qarşısını almağa yetəcəkmi?

- Son günlər koronavirusa yoluxanların sayının artması hər kəs kimi məni də narahat edir. Dövlətimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Amma çox təəssüf ki, insanların bir qisminin qaydalara əməl etməməsi, virusa yoluxanların sayının artmasına səbəb olur. Bu templə gedərsə, virus qarşısı alınmaz həddə çatacaq. Bu baxımdan əlavə tədbirlərin görülməsinə çox böyük ehtiyaclar var idi. Demək olar ki, bir çox ölkənin istifadə etdiyi şənbə və bazar günləri ilə bağlı təyin olunmuş qadağalar öz effektini verir. Düşünürəm ki, ölkəmizdə də bu qərarın verilməsi çox doğru addımdır. Hətta yenidən SMS icazənin tətbiq olunmasının da tərəfdarıyam. Çünki insanların istədiyi vaxt evdən çıxması, ticarət mərkəzlərində, nəqliyyatda olması xəstələrin sayının artmasına gətirib çıxarır. Ümumiyyətlə, hər birimiz bilməliyik ki, maska taxmaq, gigiyenik qaydalara əməl etməklə virusun ölkəmizdə yayılmasının qarşısını ala bilərik.

Bu baxımdan Operativ Qərargahın qərarını dəstəkləyirəm.

- İctimai nəqliyyatda sıxlıq müşahidə olunur və bu da virusun yayılma ehtimalını yüksəldir. Sizcə, həftə içində bu qədər sıxlıq varkən, həftə sonu hərəkətin məhdudiyyətləşməsi effekt verəcəkmi?

- Bu məsələ ilə bağlı TƏBİB-in sədri Ramin Bayramov iş saatlarının başlaması və bitməsi vaxtları ilə bağlı maraqlı bir təklif irəli sürdü. Əslində bu təklif haqqında məndə düşünürdüm. İndi bizdə sovet dövüründən qalma rejim tətbiq olunur - işçi qüvvəsi üçün 8, idarələr üçün 9-da iş başlayır. Amma bunu 07:30-dan, 10:30-a qədər uzatsaq, hesab edirəm ki, bununla sıxlığın qarşısını da ala bilərik.

- Bəzi insanlar Operativ Qərargahın qərarlarını tənqid edir, düzgün iş aparmamaqda ittiham edirlər. Siz millət vəkili olaraq Operativ Qərargahın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə, kimlərsə bu qərarlardan razılaşmaya bilər, amma tutduqları iradlarla bağlı təkliflər də irəli sürməlidirlər. Yoxsa, boş-boşuna irad bildirməklə, bir şeyə nail olmaq olmaz. Hesab edirəm ki, Qərargahın gördüyü bütün işlər, virusun yayılmasının qarşısını almaqdan ibarətdir. Bu məsələ təkcə Azərbaycanın ptoblemi deyil, demək olar ki, bütün dünya bu bəladan əziyət çəkir. Bu virusdan qurtulmaq üçün tez-tez müxtəlif qərarlar verirlər. Çünki bu virusun dəqiq əlacı bilinmir və ancaq belə qaydalar tətbiq etməklə virusla mübarizə aparmaq olar. Azərbaycanın da atdığı addımlar ÜST-ün tərəfindən nümunəvi addımlar hesab olunur.

- Operativ Qərargahın yumşaldılma ilə bağlı qərarını da insanlar tənqid edirdi. Bildirirlər ki, Qərargahın yumşaldılma ilə bağlı qərarı düşünülməmiş addım idi və bunun nəticəsi olaraq da yoluxma sayı bu qədər yüksəldi...

- Qərargahın yumşaldılma ilə bağlı qərarından əvvəl insanlar qaydaların sərt olmasından şikayətlənirdi. Yumşaldılandan sonra da niyə yumşaldıldı deyirlər. Ümumiyyətlə, insanları razı salmaq çox çətin məsələdir. Amma Operativ Qərargah karantin qaydalarını yumşaldmaqla, insanlara şərait yaratdı ki, insanlar qaydalara əməl etməklə normal həyatlarına qayıtsınlar. Lakin cəmiyyətimiz bu şəraitdən düzgün şəkildə istifadə edə bilmədi.

Ümumiyyətlə, bu virusla hər iki tərəf, yəni dövlət və cəmiyyət birlikdə mübarizə aparmalıdır. Dövlətimiz üzərinə düşən vəzifəni yerinə yetirisə də, bəzi vətəndaşlar bu öhdəlikləri yerinə yetirmək, məsuliyyəti dərk etmək istəmir. Əgər bir nəfər belə qaydalara əməl etmirsə, bu virusun yayılma risqinin artmasına gətirib çıxarır.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »