Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxşı ki, bunu etmədik, çünki koronavirus...” - Lukaşenko

“Belarus pandemiya dövründə istehsalı dayandırmamaqla düzgün iş gördü və bununla da ölkə vəziyyətdən çıxa bildi”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən, əvvəllər də dedim: qlobal böhran Belarusda da təsir edir. Yaxşı oldu ki, vəziyyətdən bu cür çıxdıq, pandemiyadan çıxdıq, istehsal dayandırılmadı. Əgər dayansaydıq, bu istehsala heç başlamazdıq. Bu yalnız nağılda ola bilər”, - Belarus lideri bildirib.

Lukaşenko ölkədə istehsal prosesinin tam sürətlə davam etdiyini söyləyib:

“Şübhə yoxdur ki, bu böhran dövründə heç bir sürətini itirə bilməz. Əksinə “gözlənilməz böhran”dan çıxmaq üçün xüsusilə iqtisadi sahədə daha fəal işləməlisiniz”.

Son xəbərlər
Bütün xəbərlər »